
ABŞ və İsrailin hücumu zamanı İranda 3000-dən çox insan həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscadi “Mizan” agentliyinə verdiyi müsahibədə bildirib.
“Ölkə daxilində düşmən hücumlarında həlak olan 3000-dən çox cəsədi onların ailələrinə təhvil verdik. Cəsədlərin təxminən 40%-i tanınmaz idi, lakin məhkəmə-tibbi ekspertiza təşkilatının imkanları və resurslarından istifadə edərək onlar müəyyən edilərək mərhumların ailələrinə təhvil verildi”, - o, qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz