Ağ Ev Trampın İranla bağlı qırmızı xəttini açıqladı


“ABŞ Prezidenti Donald Tramp İrandakı uranı əldə etmək planlarından geri çəkilməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Bu, prezidentin və onun danışıqlar qrupunun növbəti müzakirələr mərhələsindəki prioritet siyahısının ən başındadır. Bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xəttdir və o, buna nail olmaqda qərarlıdır”, - Ağ Evin mətbuat katibi qeyd edib.
Onun sözlərinə görə, Ağ Ev bunun diplomatik yolla edilə biləcəyinə ümid edir.
Qeyd edək ki, ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Atəşkəs fonunda neft qiymətləri kəskin şəkildə düşərək, 16%-dən çox ucuzlaşıb. Ekspertlər neft qiymətlərinin düşməyə davam edəcəyini, Brent markalı xam neftin qiymətinin növbəti iki ay ərzində bir barel üçün 70-75 dollara düşəcəyini gözləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top