
“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç yeni xeyriyyə fondu təsis edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə “Çelsi”nin satışından əldə edilən 2,35 milyard funt sterlinq dondurulmuş bank hesabında qalır. Abramoviç və Böyük Britaniya hökuməti bu vəsaitlərin taleyi barədə razılığa gələ bilmirlər. Roman davam edən hərbi münaqişədən təsirlənənlərə kömək etmək istəyir, hökumət isə bütün pulların Ukraynaya köçürülməsini tələb edir.
Lakin ötən həftə sonu Böyük Britaniya Xeyriyyə Komissiyası “Münaqişə Qurbanları Fondu” adlı xeyriyyə fondu yaratmaq üçün ərizə alıb.
Mənbəyə görə, onun direktorları arasında yüksək vəzifəli və nüfuzlu diplomatlar var və fondun özü Abramoviçlə bağlıdır.
Ərizə hələ təsdiqlənməyib. Bundan əlavə, hökumətin vəsaitlərin dondurulmasını ləğv edib fonda köçürməsinə razı olacağına dair heç bir zəmanət yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz