Tramp Ağ Evdə NATO-nun baş katibini qəbul edəcək


ABŞ Prezidenti Donald Tramp ABŞ-nin NATO-dan çıxması ilə bağlı təhdidlər fonunda bu gün NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, görüş Ağ Evdə yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 23:30) baş tutacaq.
Rutte həmçinin dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetlə də görüşəcək.
Qeyd edək ki, İranda müharibənin başlanğıcından bəri Tramp NATO və Avropa müttəfiqlərini ABŞ-İsrail birgə hərbi əməliyyatını dəstəkləməkdən imtina etdiklərinə görə kəskin tənqid edib. O, xüsusilə də ənənəvi ABŞ müttəfiqlərinin Hörmüz boğazına - İranın müharibənin başlanğıcından bəri faktiki olaraq bağladığı və dünya neftinin əhəmiyyətli bir hissəsinin keçdiyi vacib su yoluna müdaxilə etməməsindən qəzəblənib. O, ABŞ-nin blokdan çıxması ideyasının yenidən nəzərdən keçiriləcəyini bəyan edib. ABŞ prezidentinin açıqlamaları alyansa üzv ölkələr arasında birmənalı qarşılanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top