
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə edilən atəşkəsə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat yayıb.
Atəşkəsdən məmnunluğunu ifadə edən Ərdoğan, prosesin həssaslıqla idarə olunmasının vacib olduğunu qeyd edib.
“28 fevraldan bəri bölgəmizi döyüş meydanına çevirən müharibədə dünən gecə elan edilən atəşkəsdən məmnunuq. Ümid edirik ki, atəşkəs mümkün təxribatlara və sabotajlara imkan vermədən yerində tam şəkildə tətbiq olunacaq”, - Ərdoğan bildirib.
Atəşkəsin əldə edilməsində rol oynayan ölkələrə və tərəflərə təşəkkür edən Ərdoğan Pakistanın bu prosesdəki mühüm rolunu qeyd edib.
Ərdoğan həmçinin bölgənin sülh və sabitliyə ehtiyac olduğuna toxunaraq, Türkiyənin konstruktiv rolunu davam etdirəcəyini əlavə edib.
“Türkiyə bölgədə və dünyada sülh üçün səsini ucaltmağa davam edəcək”, - Ərdoğan yekunlaşdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz