
ABŞ Prezidenti Donald Tramp İranda vurulan təyyarənin pilotunun təxliyəsi üçün aparılan xilasetmə əməliyyatının təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə danışıb.
Tramp iranlıları çaşdırmaq üçün ordunun yeddi ərazidə fəaliyyət göstərdiyini bildirib.
“Bizim yeddi fərqli ərazimiz var idi. Onlar (iranlılar) çox çaşqın idilər”, - Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, xilasetmə əməliyyatında 155 təyyarə, o cümlədən dörd bombardmançı təyyarə, 64 qırıcı təyyarə, 48 tanker təyyarəsi və 13 axtarış-xilasetmə təyyarəsi iştirak edib.
Prezident əlavə edib ki, pilot xilas edilib, lakin ağır yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz