Konate “Liverpul”la müqaviləsini uzadır – “L'Equipe”


Fransız müdafiəçi İbrahima Konate “Liverpul”la müqaviləsini uzatmağa yaxındır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, tərəflər yeni əmək müqaviləsi ilə bağlı danışıqlar aparır. Onlara yalnız son detalları dəqiqləşdirmək qalır.
Oyunçunun “Liverpul”la hazırkı müqaviləsi gələn ilin yayına qədərdir.
Qeyd edək ki, “Liverpul” hazırda İngiltərə Premyer Liqasında 49 xalla beşinci yerdədir. Müdafiəçi bu mövsüm klubun heyətində 42 oyunda meydana çıxıb və iki qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top