
“Barselona” və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo “İnter Mayami” və Argentina hücumçusu Lionel Messi barədə fikirlərini bildirib.
Yeniavaz.com xəbər verir ki, Braziliyalı futbolçu “Ole”yə verdiyi müsahibədə bunları deyib:
“Leonun çoxlu öhdəlikləri və məşqləri var, amma hər dəfə birlikdə vaxt keçirməyimizdən böyük zövq alıram O, dünyanın ən yaxşı futbolçusu olaraq qalmaqda davam edir. Ümid edirəm ki, o, Dünya Kubokuna əla formada yaxınlaşacaq və ən yüksək səviyyədə çıxış edəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz