İsrail İranın ən böyük neft-kimya zavoduna zərbə endirib


İsrail ölkənin cənubunda yerləşən İranın ən böyük neft-kimya zavoduna zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
“İsrail Müdafiə Qüvvələri İranın Əsəluyə şəhərində yerləşən ən böyük neft-kimya zavoduna güclü zərbə endirib. Bu, ölkənin neft-kimya istehsalının təxminən 50%-ni təşkil edən əsas hədəfdir”, - Kats qeyd edib.
Nazir həmçinin qeyd edib ki, ötən həftə İranda daha bir böyük neft-kimya zavoduna hücum edilib.
Katsın sözlərinə görə, bu, sənayedə ikinci ən vacib obyekt idi. O iddia edir ki, iki zavod birlikdə İranın neft-kimya ixracatının 85%-ni təşkil edir. İsrail müdafiə nazirinin sözlərinə görə, hər iki zavod hazırda sıradan çıxıb və işləmir.
Qeyd edək ki, bundan əvvəl “Fars” xəbər agentliyi İranın Cənubi Pars neft və qaz yatağında yerləşən neft-kimya zavoduna Amerika və İsrail qüvvələrinin hücum etdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top