Bakıda kollektorun üzərində tikilən ev söküldü – Fotolar


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb.
Yeniavaz.com
qurumun yaydığı məlumata istinadla xəbər verir ki, Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olub.
Bildirilib ki, hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır:
“Kollektorun üzərində inşa edilmiş ev artıq sökülüb. ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun təmir-bərpasını həyata keçirirlər. 9 metr dərinlikdə olan kollektorun üzərindən torpaq qatının götürülməsi üçün qazıntı işləri aparılır.
Qeyd edək ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.
Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb”.






DİGƏR XƏBƏRLƏR

Top