İran Hörmüz boğazından istifadə edən ölkələri üç kateqoriyaya ayırdı


İran hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin idarə olunması və Tehranla münasibətlərin səviyyəsindən asılı olaraq müxtəlif ölkələrdən gələn gəmilərin keçidini təmin etmək üçün yeni sistem hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yaylb.
Telekanalın məlumatına görə, İranın sxemi bütün dövlətləri üç kateqoriyaya bölür: “düşmən”, “neytral” və “dost”. Birinci qrupdakı ölkələrə Hörmüz boğazından istifadə qadağan ediləcək, “neytral” dövlətlərdən gələn gəmilərə yüksək rüsumlar tətbiq ediləcək və “dost” dövlətlərə boğazdan sərbəst keçid imkanı veriləcək.
Tehran tərəfindən hazırlanan üç kateqoriyanın tam siyahısı verilməyib, lakin telekanalın məlumatına görə, Fars körfəzinin demək olar ki, bütün ərəb ölkələri “neytral” və ya “düşmən” dövlətlər kimi təsnif edilir və İranın planına uyğun olaraq, onlara ya “yüsək rüsumlar” tətbiq olunacaq, ya da Hörmüz boğazından keçmək tamamilə qadağan ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top