
Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk-Moskva istiqamətində hərəkət edən sərnişin qatarının 7 vaqonu relsdən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları şirkəti məlumat yayıb.
Məlumata görə, hadisə Moskva vaxtı ilə səhər saat 6:26-da Bryandino stansiyası yaxınlığında baş verib.
Qatarda təxminən 415 nəfər olub, 7 nəfər xəsarət alıb.
Hadisə səbəbindən həmin ərazidə qatarların hərəkəti dayandırılıb. Ulyanovsk, Buqulma, Sızran və Ruzaevka stansiyalarından bərpa qatarları göndərilib.
Tətbiqimizi yükləyə bilərsiniz