Ronaldo Dünya Kubokunda oynamağa hazırdır – “Marca”


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu 41 yaşlı Kriştianu Ronaldo bud əzələsindən aldığı zədədən tam sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, portuqaliyalı futbolçu fevralın 28-də Səudiyyə Ərəbistanı çempionatının “Əl-Fayxa” ilə oyununda (3:1) zədələnib və matçın sonunda meydanı tərk etmək məcburiyyətində qalıb.
Ronaldo reabilitasiya üçün Madridə gedib və orada şəxsi fizioterapevtlə işləyib. Zədə ilə əlaqədar o, “Əl-Nəsr”in bir neçə liqa oyununu buraxıb, həmçinin, Portuqaliyanın Meksika və ABŞ-yə qarşı yoldaşlıq oyunları üçün heyətinə daxil edilməyib.
İndi Ronaldo təkcə “Əl-Nəsr” komandasının titul qazanmasına kömək etməyə deyil, həm də ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunda iştirak etməyə hazırdır.
Qeyd edək ki, Portuqaliya K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə birlikdə yer alır.
Xatərladaq ki, bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında 22 oyunda 21 qol vurub. Onun karyerasında vurduğu qolların sayı 965-ə çatıb və hələ də, rekord 1000 qola çatmaq üçün mübarizə aparmaqda davam edir.

DİGƏR XƏBƏRLƏR

Top