
Türkiyədə məhkəmə mərc oyunları ilə bağlı istintaq çərçivəsində həbs olunan “Fənərbağça” futbolçusu Mert Hakan Yandaş barədə qərar çıxarıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, 17 il 10 aya qədər həbs cəzası ilə üzləşən futbolçu azadlığa buraxılıb.
Hakim qarşısına çıxan Yandaş ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
“Sizcə, sevdiyi klub üçün hər cür təzyiqə dözən bir insan o kluba xəyanət edərmi? Vergi rekordçusu olan bir insan bir neçə min lirəyə oyun satarmı?” - deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz