ABŞ-nin müdafiə naziri Baş Qərargah rəisini və 2 generalı işdən çıxarıb


ABŞ Müdafiə naziri Pit Heqset Baş Qərargah rəisini və 2 generalı işdən çıxarıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Heqset general Rendi Corca dərhal təqaüdə çıxmağı tapşırıb, həmçinin general-mayor Uilyam Qrin və general Devid Hodne də vəzifəsindən azad edilib.
Qərar Prezident Donald Trampın İranla bağlı çıxışından bir gün sonra verilib.
Tramp çıxışında ABŞ-nin İrana hücumlarını gücləndirəcəyinə işarə etmişdi.
Pentaqon rəsmiləri Corcun vəzifəsindən kənarlaşdırılmasının qəfil və ictimai xarakter daşıdığını, İran münaqişəsi fonunda isə bu qərarın hərbi rəhbərlikdə çaşqınlıq yaratdığını qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top