
ABŞ İranyönlü qrupların yaratdığı təhdidlə əlaqədar amerikalıları İraqı dərhal tərk etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Diplomatik missiyanın məlumatına görə, İranla əlaqəli İraq terrorçu qrupları növbəti 24-48 saat ərzində Bağdadın mərkəzində hücumlar həyata keçirə bilərlər.
Amerikalı diplomatlar hesab edirlər ki, bu qruplar ABŞ vətəndaşlarına, ABŞ ilə bağlı müəssisələrə, universitetlərə, diplomatik obyektlərə, enerji infrastrukturlarına, otellərə, hava limanlarına, eləcə də İraq dövlət və mülki obyektlərinə hücum edə bilərlər.
Nəticədə səfirlik ABŞ vətəndaşlarına dərhal İraqı tərk etməyi tövsiyə edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hədəflər də vurulub.
Tətbiqimizi yükləyə bilərsiniz