
Türkiyə millisinin DÇ-2026 çərçivəsində keçirəcəyi qrup mərhələsi oyunlarından birinin başlama saatında dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, iyunun 20-də Paraqvayla baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da start götürəcək.
Qeyd edək ki, bu oyunun əvvəlcə saat 08:00-da başlanması planlaşdırılmışdı.
Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliya ilə qarşılaşacaq, iyunun 26-da isə saat 06:00-da ABŞ yığması ilə üz-üzə gələcək.
Tətbiqimizi yükləyə bilərsiniz