
Bakının Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılaraq 5-ə çatdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bununla da həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.
Qeyd edilib ki, vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz