
İran Prezidenti Məsud Pezeşkian Amerika xalqına müraciət edib.
Yeniavaz.com xəbər verir ki, fevral ayının sonundan İslam Respublikasına qarşı davam edən genişmiqyaslı ABŞ və İsrail hərbi kampaniyası fonunda siyasətçi Amerika xalqına məktub yazıb.
İslam Respublikasının Prezidenti qeyd edib ki, İran xalqı Amerika, Avropa və ya qonşu ölkələr də daxil olmaqla, digər millətlərə qarşı heç bir düşmənçilik bəsləmir:
“Tarixləri boyunca təkrarlanan xarici müdaxilələr və təzyiqlərə baxmayaraq, iranlılar hökumətlər və idarə etdikləri xalqlar arasında daim aydın bir fərq saxlayıblar”.
Pezeşkian qeyd edib ki, İranın hərəkətləri müharibənin və ya təcavüzün başlanğıcı deyil, qanuni özünümüdafiəyə əsaslanan ölçülü cavabdır:
“İran müasir tarixində heç vaxt təcavüz, genişlənmə və ya müstəmləkəçilik yolunu seçməyib və Tehran heç vaxt müharibəyə başlamayıb. İranı təhdid kimi təsvir etmək tarixi reallığa və ya bu gün müşahidə olunan faktlara uyğun gəlmir”.
Ölkə başçısı əlavə edib ki, ABŞ-nin İranın həyati əhəmiyyətli infrastrukturuna, o cümlədən enerji və sənaye obyektlərinə hücumları İran xalqına qarşı yönəlib və müharibə cinayəti təşkil edir:
“ABŞ bu müharibəyə İsrailin kuklası kimi girib. İsrail İran təhdidi yaratmaqla dünyanın diqqətini fələstinlilərə qarşı cinayətlərindən yayındırmağa çalışır. İsrail indi İranla son Amerika əsgərinə və son Amerika vergi ödəyicisi dollarına qədər döyüşməyə çalışır, xəyallarının yükünü İrana, regiona və ABŞ-yə ötürür”.
***22:19
“İran Prezidenti Məsud Pezeşkian tezliklə ABŞ xalqına müraciət etmək niyyətindədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath TV” məlumat yayıb.
Kanalın məlumatına görə, prezident Pezeşkian yaxın bir neçə saat ərzində Amerika xalqına müraciət edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz