ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcını göndərir – WSJ


ABŞ Yaxın Şərqə sayca üçüncü olan “USS George HW Bush” təyyarədaşıyan zərbə qrupunu göndərir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, gəmi 31 martda Virciniya ştatının Norfolk Hərbi Dəniz Stansiyasından yola düşüb. Onun Ərəb dənizində fəaliyyət göstərən “USS Abraham Lincoln” və Xorvatiya limanında təmir olunan “USS Gerald R. Ford” da daxil olmaqla, artıq bölgədə olan aviadaşıyıcıların zərbə qrupuna qoşulması planlaşdırılır.
Nəşr bunun ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi variantları nəzərdən keçirdiyi bir vaxtda baş verdiyini bildirib.
Qeyd edək ki, bir gün əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini, general Əli Fədəvi Fars körfəzində Amerika təyyarədaşıyan gəmilərinin olmadığını bildirmiş, onların İran sahillərindən 1000 kilometr geri çəkildiyini iddia etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top