Palm Biç hava limanı Trampın adını daşıyacaq


ABŞ-nin Florida ştatındakı Palm Biç hava limanı ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Florida qubernatoru Ron DeSantis ABŞ Prezidentinin iqamətgahının yaxınlığında yerləşən Palm Biç Beynəlxalq Hava Limanının adını Donald Trampın şərəfinə dəyişdirən qanun layihəsini imzalayıb.
Qanunun 1 iyulda qüvvəyə minməsi planlaşdırılır. Lakin adın dəyişdirilməsi üçün bundan əvvəl Federal Aviasiya Administrasiyasının təsdiqi tələb olunur.

DİGƏR XƏBƏRLƏR

Top