
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya AKİ-dən bildirilib.
Qeyd edilib ki, o vaxta kimi təşkilatı məsələlərlə bağlı heç bir addım atılmayacaq:
“Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katiblik həll edir. Qırx mərasimindən sonra təşkilatı addımlar atılacaq və nizamnaməyə görə sədr ümumi qurultayda seçiləcək”.
Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz