
“İran ABŞ Prezidenti Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib və hələ də bunu davam etdirmək istəyir”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu “Newsmax”a verdiyi müsahibədə bildirib.
“Müharibədən əvvəl baş verənləri xatırlayırsınızsa, İran Yaxın Şərqdə və dünyada əsas təcavüzkar dövlət idi. O, Qərb yarımkürəsi də daxil olmaqla bir çox qitədə, o cümlədən Venesuela və digər ölkələrdə dövlət terrorizminin əsas sponsoru idi”, - Netanyahu qeyd edib.
O, Əfqanıstanda əldəqayırma partlayıcı qurğular nəticəsində minlərlə insanın öldüyünü və şikəst olduğunu irəli sürüb.
Netanyahu həmçinin İranın ABŞ səfirliklərində partlayışlar törətdiyini iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz