
İranın Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi planını (boğazdan keçən gəmilərin rüsum ödəməsi) təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi komitə üzvünə istinadən məlumat yayıb.
Üzvün sözlərinə görə, boğazda gəmiçilik fəaliyyətini tənzimləmək üçün yeni plana ABŞ, İsrail və ya əvvəllər İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq edən ölkələrlə əlaqəli gəmilərə qadağa da daxildir. Rüsumlar İran rialı ilə ödənilməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz