
Partiyadaxili seçkilərdən sonra hazırkı baş nazir Nikol Paşinyan 7 iyunda keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazirliyə namizədi seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Paşinyan rəsmi “Telegram” kanalında məlumat yayıb.
O, “Vətəndaş Müqaviləsi” Partiyasının daxili seçkilərinin iki turunun nəticələrinin hesablandığını və bu nəticələrə əsasən 933 səslə partiya siyahısına başçılıq etdiyini bildirib.
Onun sözlərinə görə, müəyyən edilmiş müddət ərzində nəticələrə qarşı heç bir apelyasiya şikayəti verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz