İranda yaralanan mülki şəxslərin sayı 21 000 nəfərə çatdı


Eskalasiyanın başlanğıcından bəri ABŞ və İsrailin hava hücumları nəticəsində İranda təxminən 21 min mülki şəxs yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti “Telegram” kanalında məlumat yayıb.
“Cəmi 21 000 mülki şəxs yaralanıb, onlardan 1731-i 18 yaşdan kiçik, 4163-ü isə qadındır”, - məlumatda bildirilib.
Bundan əlavə, cəmiyyət ən azı 214 uşağın və 244 qadının öldürüldüyünü qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top