Mirzoyan Əraqçi ilə regiondakı vəziyyəti müzakirə etdi


Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətlər Yaxın Şərqdəki son hadisələr və nizamlanma imkanları barədə fikir mübadiləsi aparıblar”, - bəyanatda deyilir.
Qeyd edilib ki, nazirlər humanitar məsələlərə və çoxtərəfli mövzulara toxunublar.

DİGƏR XƏBƏRLƏR

Top