Putin Dərbənddə Azərbaycan Teatrının açılışını etdi


Rusiya Prezidenti Vladimir Putin Dərbənddə yenidən qurulmuş Azərbaycan Musiqili Dram Teatrının açılışını edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti açılışda videobağlantı vasitəsilə iştirak edib.
Mərasim Dünya Teatr Gününə təsadüf edib.
Qeyd edək ki, teatr 19-cu əsrin sonlarında Dərbənddəki Azərbaycan ziyalılarından ibarət həvəskar dram dərnəyinin əsasında yaradılıb. 1927-ci ildə truppaya peşəkar teatr statusu verilib. İkinci Dünya Müharibəsindən sonra truppanın fəaliyyəti dayandırılıb və 1993-cü ildə yenidən bərpa edilib.
Binanın yenidən qurulmasına 2023-cü ildə başlanılıb. Tamaşaçı auditoriyasının həndəsəsi tənzimlənib, bina təmir edilib və müasir səhnə işıqlandırması və səs avadanlıqları quraşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top