
ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturlarına zərbələrin 10 günlük dayandırıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
O, zərbələrinin 6 aprel 2026-cı il, bazar ertəsi, yerli vaxtla saat 20:00-dək (7 aprel Bakı vaxtı ilə saat 04:00) qədər dayandırıldığını bildirib.
“Danışıqlar davam edir və yalançı medianın əksini iddia etməsinə baxmayaraq, onlar çox yaxşı gedir”, - deyə o, əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz