Kolumbiyada hərbi təyyarə qəzaya düşdü − 66 nəfər həlak oldu


Kolumbiyada Milli Ordunun şəxsi heyətini daşıyan “Lockheed C-130 Hercules” hərbi nəqliyyat təyyarəsi qəzaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kolumbiya Hərbi Hava Qüvvələrinin komandanı Karlos Fernando Silva Rueda məlumat yayıb.
Bildirilib ki, təyyarədə 114 sərnişin və 11 heyət üzvü olub.
Ölkə Prezidenti Qustavo ​​Petro 34 əsgərin ölümünü təsdiqləyib.
“Caracol” televiziya kanalı hərbi mənbələrə istinadən qəzada 66 nəfərin öldüyünü, 57 nəfərin xəstəxanalarda olduğunu bildirib.
Axtarış-xilasetmə işləri davam edir.
Qəza Kolumbiyanın cənubundakı Putumayo bölgəsindəki Puerto Leguizamo bələdiyyəsində baş verib. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra, hava limanından iki kilometr aralıda qəzaya uğrayıb. Qəzanın səbəbi hələ də məlum deyil. “El Heraldo” qəzeti qeyd edir ki, qəzaya uğrayan təyyarə 2020-ci ildə ABŞ hökuməti tərəfindən Kolumbiyaya hədiyyə olub.

DİGƏR XƏBƏRLƏR

Top