
Bu ilin yanvar ayı ərzində Azərbaycana xarici ölkələrdən 34 milyon 856,8 min dollar dəyərində 69 min 507 ədəd smartfon gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan smartfonların bir ədədinin orta gömrük dəyəri təxminən 502 dollar (853 manat) təşkil edib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə, bu ilin yanvar ayında idxal edilən smartfonların miqdarı 35,4% və ya 38 min 168 ədəd artıb. İdxal olunan smartfonların dəyəri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox bahalaşıb. Belə ki, idxal olunan smartfonların bir ədədinin orta gömrük dəyəri ötən ilin yanvar ayında 242 dollar (411 manat) olub.
Azərbaycana smartfonlar ən çox Çindən gətirilib. Bu ölkədən Azərbaycana bu ilin yanvar ayında 47 min 532 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Hindistandan (1 225 ədəd) gətirilib.
Bu ilin yanvar ayında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və bir ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 47 532 ədəd (560 dollar);
Vyetnam – 20 750 ədəd (360 dollar);
Hindistan – 1 225 ədəd (646 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz