Flikin “Barselona” ilə müqaviləsi vaxtından əvvəl uzadıla bilər


“Barselona”nın prezidenti Joan Laporta baş məşqçi Hans Diter Flikin müqaviləsinin vaxtından əvvəl uzadılmasının mümkünlüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Bildirilib ki, Flik 2028-ci ilə qədər müddətə müqavilə imzalamağa yaxındır; onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.
Laporta Flikin daha beş il “Barselona”da qalmasını da istisna etməyib.
“Fliklə yaxşı münasibət çox vacibdir. Düşünürəm ki, o, daha beş il “Barselona”da qala bilər”, - Laporta əlavə edib.
Qeyd edək ki, Hans Diter Flik 2024-cü ilin yayında “Barselona”nı idarə etməyə başlayıb və ilk mövsümündə komanda ilə liqa və kubokda “qızıl dubl” edib. Bundan əvvəl o, 2021-ci ildən 2023-cü ilə qədər “Bavariya” klubuna və Almaniya millisinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top