
“Yuventus” klubu baş məşqçi Luçano Spalletti ilə müqaviləni uzatmağa hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq və əlavə bir mövsüm üçün seçim imkanı təqdim edəcək.
Qeyd edək ki, 67 yaşlı Spalletti 2025-ci ilin oktyabr ayından bəri “Yuventus”a rəhbərlik edir. Turin klubu 53 xalla “Serie A” turnir cədvəlində beşinci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz