Yaralanan ABŞ əsgərlərinin sayı açıqlandı


ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı təxminən 200 amerikalı hərbçi yaralanıb.
Yeniavaz.com
ABC telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) xüsusi nümayəndəsi Tim Hokins bildirib.
Onun sözlərinə görə, 10 əsgər ağır yaralanıb, 180 əsgər isə xidmətə qayıdıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə zərbələr endirilib. İrana endirilən zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top