
“İran milli komandası 2026-cı il Dünya Çempionatında iştirak etmək niyyətindədir”.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bunu Asiya Futbol Konfederasiyasının (AFC) baş katibi Vindzor Con bildirib.
“Bildiyimiz qədər İran oynayacaq. Onlar AFC-nin üzvləridir və biz onların oynamasını istəyirik. Hazırda bu məsələ ilə bağlı müxtəlif məlumatlar var. Amma İran Futbol Federasiyası bu gün bizə turnirə gedəcəklərini bildirdi”, - Con qeyd edib.
Qeyd edək ki, martın 11-də İranın idman naziri Əhməd Dünyamalı ölkə milli komandasının hazırkı şəraitdə 2026-cı il Dünya Çempionatında iştirak etmək imkanına malik olmadığını bildirmişdi.
Daha sonra ABŞ Prezidenti Donald Tramp İranın 2026-cı il Dünya Kubokunda iştirakının onların həyatları və təhlükəsizliyi üçün riskli olduğunu qeyd etmişdi.
Qeyd edək ki, Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
İran G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq. Komandanın hər üç oyununun ABŞ-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, İran daha əvvəl FIFA-dan ABŞ-nin Dünya Çempionatına ev sahibliyi etmək hüququnu ləğv etməsini tələb etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz