Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilir


Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Bildirilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub:
“Bu barədə Beynəlxalq Olimpiya Komitəsindən MOK-a məlumat göndərilib.
Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.
Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top