“Hörmüzlə bağlı bizə kömək etməsələr, NATO-nu çox pis gələcək gözləyir”


Üzv dövlətlər Hörmüz boğazının açılmasında ABŞ-yə kömək etməsələr, NATO-nu çox pis gələcək gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Ağ Ev rəhbəri bildirib ki, əgər Hörmüz boğazında səyləri birləşdirmək çağırışına cavab verilməsə və ya cavab mənfi olsa, bu hal NATO-nun gələcəyinə çox pis təsir edəcək.
Amerika lideri nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
“Bizdə NATO adlanan bir şey var. Biz çox mehriban olmuşuq. Biz onlara Ukrayna məsələsində kömək etməməli idik. Ukrayna bizdən minlərlə kilometr uzaqdadır. Amma biz kömək etdik. İndi görək, onlar bizə kömək edəcəklər? Çünki mən uzun müddətdir deyirəm ki, biz onlara kömək etməyə hazırıq, amma onlar bizə kömək etməyə hazır deyillər. Və əmin deyiləm ki, onlar bizimlə olacaqlar”, - Tramp deyib.
O, əlavə edib ki, bölgəyə minaaxtaranlar göndərmək də daxil olmaqla, istənilən formada yardımda maraqlıdır.
Amerika lideri həmçinin Avropa ölkələrindən olan xüsusi təyinatlı qüvvələrin Fars körfəzində dronları idarə edən və ya mina yerləşdirən İran qüvvələrini məhv etmək üçün istifadə oluncağına işarə edib.
“Biz onlara çox sərt zərbələr endiririk. Onların boğazda problem yaratmaqdan başqa çarəsi yoxdur. Amma bu insanlar (avropalılar) [Hörmüz boğazında gəmiçilikdən faydalanırlar və onlar bizə asayişi qorumağa kömək etməlidirlər. Biz onlara kömək edəcəyik. Amma onlar da orada olmalıdırlar”, - Tramp bildirib.
Onun sözlərinə görə, üzv ölkələr Hörmüz boğazına hərbi gəmilər göndərsələr, minimal risklə üzləşəcəklər, çünki İranın hərbi imkanları effektiv şəkildə məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top