Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşdü


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo və Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan–Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi apardıq və əsas regional məsələləri müzakirə etdik. İkitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli dialoq oldu”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top