
ABŞ Rusiyadan neft və neft məhsullarının satışına qoyulan sanksiyaları ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında öz əksini tapıb.
Sənədə əsasən, Amerika tərəfi 12 mart tarixindən etibarən gəmilərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışına və təchizatına icazə verəcək.
ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən bu lisenziya 11 aprelə qədər qüvvədə olacaq.
Digər tərəfdən, Tramp administrasiyası Rusiya neftinə qarşı sanksiyaların müvəqqəti olaraq ləğv edilməsi qərarını İrana qarşı hərbi əməliyyatların başlamasından sonra qlobal enerji bazarlarının sabitliyini bərpa etmək, həmçinin, qlobal bazarlarda enerji təchizatını artırmaqla onun qiymətini azaltmaq zərurəti ilə əlaqələndirib.
Tətbiqimizi yükləyə bilərsiniz