Simonyan Türkiyəyə gedir


Ermənistan Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edəcək.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə məlumat Ermənistan Parlamentinin rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, Ermənistan Parlamentinin deputatları aprelin 16-dan 19-dək Parlamentlərarası İttifaqın iclasında iştirak edəcəklər.
Nümayəndə heyətinə həmçinin millət vəkilləri Sarkis Xandanyan, Tsovinar Vardanyan və Asmik Hakobyan da daxil olacaq. Bundan başqa, parlament aparatının üzvləri də Türkiyəyə səfər edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top