
ABŞ artıq İrana qarşı hərbi əməliyyata təxminən 11 milyard dollar xərcləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Sky News” telekanalına verdiyi müsahibədə bildirib.
Digər tərəfdən, jurnalistin “Bu məbləğ ABŞ Prezidenti Donald Trampa müraciət etməyə və müharibənin artıq əlverişli olmadığını deməyə imkan verirmi?” sualına isə Bessent “Qətiyyən yox”, - deyə cavab verib.
Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti Pentaqonun məlumatlarına istinadla ABŞ-nin İrana qarşı hərbi əməliyyatların ilk həftəsində 6 milyard dollardan çox pul xərclədiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz