
“Tehranın Hörmüz boğazını bağlamaq niyyəti yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
“Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur. İranın Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq üçün ayrılmaz hüququ var. Və bu, bizim məsuliyyətimizdir”, - o qeyd edib.
Qeyd edək ki, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri dəfələrlə Hörmüz boğazının bağlı olduğunu elan ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz