
ABŞ İran milli komandasının 2026-cı il dünya çempionatında iştirakını alqışlayacaq, lakin təhlükəsizliklə bağlı məsələlərlə əlaqədar onun iştirakı məsləhət görülmür.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Pezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkə səhifəsində bildirib.
“İran milli futbol komandası Dünya Kubokunda xoş qarşılanacaq. Amma mən onların gəlməsinin uyğun olduğunu düşünmürəm. Bu, onların öz təhlükəsizliyi üçündür”, - Amerika lideri qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl İranın gənclər və idman naziri Əhməd Dünyamalı milli futbol komandasının 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini açıqlamışdı.
Xatırladaq ki, İran komandasının qrup mərhələsinin hər üç oyununun ABŞ-də keçirilməsi planlaşdırılır. Komanda püşkatma yolu ilə Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alır. İranın 15 və 21 iyunda Los-Ancelesdə Yeni Zelandiya və Belçika, 26 iyunda isə Sietldə Misirlə görüşü nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz