
İran, ABŞ və İsrail arasındakı münaqişə hər ilin 21 martında qeyd edilən Novruz bayramından əvvəl başa çata bilər.
Yeniavaz.com İSNA agentliyinə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi bildirib.
“Düşünürəm ki, bu müharibə Novruzdan əvvəl bitəcək. Mənim fikrim budur: ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməzlər və davamlı əməliyyatlar aparsaq, onu uzun müddət davam etdirə bilməyəcəklər”, - o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz