
İsrailin Livana hava hücumu nəticəsində ölən və yaralananlar olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail Livanın cənubundakı Tir bölgəsindəki Bariş şəhərinə hava hücumu edib. Hücum nəticəsində 3 nəfər həlak olub.
Agentliyin məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz