“Azərbaycan nefti Ermənistanda mövcud olan inhisarı pozub” − Paşinyan


Ermənistan Azərbaycan neftini idxal etməyə başlayıb ki, bu da yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı danışıb.
“Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir ki, bu da bazarımızda qiymətlərin aşağı düşməsinə və onilliklər boyu davam edən monopoliyanın aradan qaldırılmasına səbəb olub. Həmçinin, Gürcüstanın Baş nazirinə Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinə verdiyi dəstəyə və bütövlükdə sülh prosesinə verdiyi töhfəyə görə təşəkkür etmək istəyirəm”.
Bundan əlavə, Ermənistan hökuməti başçısının sözlərinə görə, Ermənistan bu gündən etibarən öz ərazisindən keçməklə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil nəqliyyatı qurmağa hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top