
İspaniya hökuməti İsraildəki səfirini birdəfəlik geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın rəsmi hökumət qəzetində dərc olunmuş fərmanda bildirilib.
Fərmana əsasən, xarici işlər naziri Xose Manuel Albarezin təklifi ilə Ana Mariya Salomon Peres İsraildəki İspaniya səfiri vəzifəsindən azad edilib.
Diplomatik nümayəndəliyə yeni rəhbər təyin olunacağı barədə hələlik heç bir məlumat yoxdur.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında İspaniya Xarici İşlər Nazirliyi yəhudi dövlətinin krallığa qarşı verdiyi mənfi açıqlamalardan sonra səfirini məsləhətləşmələr üçün çağırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz