İranın Dubaya hücumlarında yaralanan azərbaycanlı xəstəxanadan buraxılıb


Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğu məlumat yayıb.
Bildirilib ki, Baş konsulluq vətəndaşı və ailə üzvünü hava limanına yola salıb. Həmin şəxsin bu gün Dubaydan müntəzəm reyslə Azərbaycana geri qayıdışı nəzərdə tutulur.
Qeyd edək ki, İran ABŞ və İsrailin bu ölkəyə hücumlarından sonra İsrailə və o cümlədən, ABŞ hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə zərbələr endirib.

DİGƏR XƏBƏRLƏR

Top