
İran vasitəçiliklə əldə edilən atəşkəs təşəbbüslərini rədd edir və ABŞ ilə danışıqlar üçün öz şərtlərini irəli sürür.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadla məlumat yayıb.
“İran atəşkəs danışıqlarında vasitəçilik etmək istəyən ölkələrin bütün təkliflərini rədd edir və diplomatik prosesin bərpası üçün ABŞ-dən müəyyən zəmanətlər tələb edir”, - telekanal qeyd edib.
Telekanalın məlumatına görə, İran rəhbərliyi vasitəçilərin hazırkı təkliflərini qeyri-kafi hesab etdiyi və daha konkret öhdəliklərdə təkid etdiyi üçün rədd edir.
Bildirilib ki, xüsusilə, Tehran Vaşinqtondan gələcəkdə İrana qarşı təcavüzkarlıq etməməsinə, kompensasiya ödənilməsinə və İranın nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsinin həyata keçirilməsinə dair zəmanət tələb edir.
Qeyd edək ki, bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazem Qərib Abadi Rusiya, Çin və Fransa da daxil olmaqla bir neçə ölkənin atəşkəs barədə ölkəyə müraciət etdiyini bildirmiş və Tehranın atəşkəs üçün ilk şərtinin təcavüzün təkrarlanmayacağına dair zəmanət olduğunu qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz