İrandan Azərbaycana 72 ölkədən 2168 nəfər təxliyə edilib


Fevralın 28-i saat 08:00-dan martın 11-i saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 2168 nəfər təxliyə edilib.
Yeniavaz.com
xəbər verir ki, təxliyə olunanların 383-ü Azərbaycan vətəndaşıdır.
Eyni zamanda Çindən 633, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Əlcəzair 25, Səudiyyə Ərəbistandan 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasıdan hərəsindən 10 vətəndaş Azərbaycana təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Böyük Britaniyadan, Kanadadan 9, Braziliya, Qazaxıstan 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyadan hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya, Hindistandan hərəsindən 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyndən, ABŞ, Finlandiya, Niderland hərəsindən 4, Qətər, Filippin, Xorvatiya, Danimarka 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyadan hərəsindən 2 vətəndaş var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən hərəsindən 1 vətəndaş təxliyə olunub.

DİGƏR XƏBƏRLƏR

Top